İranda baş verən iğtişaşlarda 500-dən çox mülki şəxs, o cümlədən 100-dən çox polis əməkdaşı və SEPAH üzvləri həlak olub.
Teleqraf "Tasnim" agentliyinə istinadən xəbər verir ki, beş gün ərzində yüzlərlə mülki şəxs yaralanıb.
Respublikanın 31 əyalətində 500-dən çox yerdə iğtişaşlar qeydə alınıb.
Dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar başlayıb. Buna cavab olaraq hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiya iştirakçılarına qarşı silahdan istifadə edilib.