
İrandakı rejim odla oynayır - EKSPERT
Yusif Nəzərli
12:12 24.03.2025
Region
504
Bu rejimin qəbrini Güney Azərbaycan türkləri qazacaq!
Urmiyada kürdlər milli aksiya keçirdikdən sonra güney azərbaycanlı fəallar küçələrə axışıb. Onlar Güney Azərbaycanın milli kimliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün aksiyalara başlayıblar. Güneyli soydaşlarımız fars-molla rejiminin kürd, luri (lor) mənşəli şəxsləri Urmiyaya köçürməklə bu bölgənin etnik tərkibini süni surətdə dəyişdirmək cəhdlərinə etiraz olaraq Urmu küçələrində böyük yürüş keçiriblər.
Molla rejiminin iç üzünün açıldığını vurğulayan siyasi ekspert Bəybala Mirzəyev "Sherg.az"a açıqlamasında bildirib ki, İrandakı rejim odla oynayır. Bu rejimin qəbrini isə Güney Azərbaycan türkləri qazacaq!
Urmiyada son illər kürdlər və türklər arasında bir sıra toqquşmalar yaşandığını xatırladan siyasi ekspert həmçinin qeyd edib ki, Urmiyada baş verənlərin arxasında ilk növbədə iki bir-birinə ən yaxın xalqı-türklərlə kürdləri üz-üz qoymaqla onların rejimə qarşı narazılıqlarının səmtini dəyişib özlərinə yönəltmək niyyəti durur:

"Etirazçılar "Azərbaycan var olsun, istəməyən kor olsun!" , "Bu torpaqdan pay olmaz, Urmi Kürdistan olmaz!", "Urmiya türkündür, türkün qalacaq!" kimi şüarlar səsləndiriblər. Bu dəfəki etiraz aksiyasının da səbəbi molla rejiminin Urmiyada əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə Novruz bayramı ilə bağlı tədbirlər keçirməyə icazə vermədiyi halda, kürdlərə belə qadağa tətbiq etməməsidir. Kürdlər öz tədbirlərində Azərbaycan ərazilərinə iddalarını səsləndirib, Urmiyanın "kürdistan" olduğunu bildirərək öz bayraqlarını qaldırıblar. Nəticədə Urmiyanın türkdilli əhalisi ayağa qalxmağa məcbur olub".
B.Mirzəyev bildirib ki, Urmu elinin vətənsevər, yurdsevər insanları molla rejiminin milli ayrı-seçkilik siyasətinə qarşı bugünkü böyük yürüşdə Səttarxanın potretini qaldırıblar:
"Bu, fars-molla rejiminə çox ciddi mesajdır. Ancaq Güneyli soydaşlarımız bu dəfə Səttarxanın səhvini təkrarlamamalı, Tehranın yalançı, şirin vədlərinə əsla və əsla aldanmamalıdırlar. Onlar tam müstəqillik əldə edənə qədər mübarizə aparmalıdırlar. Panfarsçılığın qəbri Güney Azərbaycanda qazılmalıdır!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya