İranın vitse-prezidenti: Urmiya gölünün bərpası üzrə səylər nəticə verməyib

Urmiya gölünü nəyin bahasına olursa-olsun bərpa etməliyik.

APA İran mediasına istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Mohəmməd Reza Aref deyib.

“Son 20 il ərzində Urmiya gölünün dirçəldilməsi ilə bağlı vahid bir proqram həyata keçirmişik. Bu məsələdə dost ölkələrdən də kömək almışıq. Səylərimizə baxmayaraq, əhəmiyyətli irəliləyiş əldə edə bilməmişik”, - İranın birinci vitse-prezidenti qeyd edib.

O, gölün quruması səbəbi ilə yaranan qum və toz fırtınalarının əhalinin sağlamlığına və ətraf mühitə ziyan verdiyini əlavə edib.

Son 10 ildə yerinə yetirilən layihələrin nəticələrini qiymətləndirən Mohəmməd Reza Arefin sözlərinə görə, Urmiya gölünün səviyyəsində artım qeydə alınmayıb.

Qalereya