
Kadırov hakimiyyətdən getməyəcək - ŞƏRH
Yusif Nəzərli
02:21 08.05.2025
Region
463
Öz oğlunu və ya yaxın ətrafından birini yerinə qoyaraq, özü də nəzarət edəcək
Çeçenistan rəhbəri Ramzan Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş edib. Bu barədə “Çeçnya Seqodnya” xəbər agentliyinə özü açıqlama verib. İstefa verə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edən Kadırov deyib ki, başqasının öz təşəbbüsü, öz baxışı olacaq: "Ümid edirəm ki, mənim xahişim dəstəklənəcək".
Çeçenistan rəhbəri vəzifədən azad olunmaqla bağlı konkret olaraq kimə müraciət etdiyini açıqlamayıb. Xatırladaq ki, R.Kadırov Rusiya Prezidenti V.Putinin sadiq kadrlarından, Ukrayna savaşının əsas tərəfdarlarından sayılır. Kadırovun adı AZAL-a məxsus təyyarəmizin Qroznıda vurulmasında da sıx hallanmışdı.

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Çeçenistan rəhbəri Ramzan Kadırov çox adioz fiqur olmaqla yanaşı, bir o qədər də ziddiyyətli insandır. Analitik vurğulayıb ki, onun siyasi və hərbi karyerasında Rusiyanın ən çətin günlərinin qaranlıq xatirələri var:
"R.Kadırov öz xalqının bir hissəsi üçün xilaskar, bir hissəsi üçün isə satqın və xəyanətkardır. Onu sevən və sevməyənlər də buradan qaynaqlanır. Ukrayna müharibəsi ilə əlaqəli mövqeyi, prosesin gedişində baş verənlər, əslində, onun olan-qalan bütün xarizmasının üstündən xətt çəkdi. Hətta onun öldüyü də deyildi. Amma ciddi şəkildə xəstəliyinin olması ehtimallar arasındadır. İndi Kadırovun istefa söyləntilərinin hesab edirəm ki, ciddi əsası yoxdur. Çünki Kadırov kimi fiqurlar hakimiyyətdən ancaq öldükdə əl çəkirlər. Bu, sadəcə onun xarakteri ilə bağlı deyil, eyni zamanda, onun çeçen xalqı içərisində düşmənlərinin olması ilə əlaqəlidir. Onu hər zaman öldürə bilərlər. Başqa birinin onun yerinə gəlməsi Kadırovun və tərəfdarlarının təhlükəsizlik məsələlərini heçə endirər. Ona görə də hesab edirəm ki, Kadırov hakimiyyətdən getməyəcək. Öz oğlunu və ya yaxın ətrafından birini yerinə qoyaraq, özü də nəzarət edəcək. Amma tamamilə hakimiyyətdən gedə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya