Karapetyanın tərəfdarları “Güclü Ermənistan” adlı yeni siyasi partiya yaradıblar

Erməni iş adamı Samvel Karapetyanın tərəfdarları “Güclü Ermənistan” adlı yeni siyasi partiyanı qeydiyyatdan keçiriblər.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, yeni partiya Samvel Karapetyanın ailəsi tərəfindən yaradılmış “Bizim yolumuz” hərəkatının bazasında formalaşdırılıb.

Xatırladaq ki, Samvel Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlar və maliyyə maxinasiyaları ittihamları ilə məhkəmə qərarı əsasında həbs edilib və hazırda ev dustağıdır.

Qalereya