Ermənistan Baş naziri Nikol Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün namizəd siyahısında qadınlar üstünlük təşkil edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Bu günlərdə Nikol Paşinyanın bilavasitə iştirakı ilə hakim “Vətəndaş Müqaviləsi” Partiyasında təmizlik işi aparılır, xüsusən də ona seçki siyahısına salınmaq istəyənlərin adları təqdim olunur. Paşinyan siyahını “fərqli ələk”dən keçirir. 2026-cı ildə siyahıda qadınların üstünlük təşkil edəcəyi gözlənilir”, - nəşr bildirib.