Tehranda ölən etirazçıların sayı 200-dən çoxdur.
APA xəbər verir ki, bu barədə Tehrandan olan anonim həkim “Time”a danışıb.
Onun sözlərinə görə, paytaxtın təkcə 6 xəstəxanasında 217 etirazçının ölümü qeydiyyata alınıb.
Həkim ölənlərin əksəriyyətinin odlu silahdan açılan atəş nəticəsində həlak olduğunu bildirib.
Qeyd edək ki, İran hökuməti etirazlarda ölənlərin sayı barədə rəsmi açıqlama verməyib. İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) isə 65 nəfərin öldüyünü açıqlayıb.