Makron: İrana hücum barədə Fransaya heç bir məlumat verilməyib

ABŞ və İsrail Fransanı İrana qarşı əməliyyatla bağlı xəbərdar etməyib və Paris bu əməliyyatda heç bir şəkildə iştirak etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Müdafiə Şurasının İran ətrafındakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

"ABŞ və İsrail İrana zərbə endirmək qərarına gəliblər. Fransaya xəbərdarlıq edilməyib. Region ölkələri və müttəfiqlərimiz bu prosesdə iştirak etməyiblər. Heç kim inana bilməz ki, İranın nüvə proqramı, ballistik raket fəaliyyəti zərbələrlə həll edilə biləcək. Bu problemlərin diplomatik yolla həll olunmasını təmin etmək üçün bütün mümkün təşəbbüsləri göstərməliyik" - Makron qeyd edib.