
“Marqara” məntəqəsinə daha ruslar yox, ermənilər nəzarət edəcək - RƏY
Yusif Nəzərli
04:21 05.03.2025
Region
774
Rusiya üçün Ermənistandan çıxmaq arzuedilən deyil, amma Rusiya indiki ərəfədə buna məcburdur
Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-keçid məntəqəsində Rusiya Sərhəd Xidmətinin əməkdaşlarını Ermənistan sərhədçiləri əvəz edib. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsində xidmət tamamilə Ermənistanın sərhəd qoşunlarının qüvvələri tərəfindən həyata keçiriləcək. Onun sözlərinə görə, keçid məntəqəsi iki ölkə arasında sərhədin bağlı olması səbəbindən fəaliyyət göstərmir. Bununla belə, 2022-ci ilin yayında hökumətin qərarı ilə məntəqə təmir olunub və burada Rusiya sərhədçiləri xidmətə başlayıb: “Martın 1-dən etibarən Ermənistana daxil olan və ölkədən çıxan şəxslərin sərhəd nəzarəti tamamilə Ermənistan Respublikasının sərhəd qoşunları tərəfindən həyata keçiriləcək. Çünki bütün (fəaliyyətdə olan və olmayan) məntəqələrdə yalnız Ermənistan sərhəd qoşunları xidmət göstərir”.
Siyasi şərhçi, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az"a deyib ki, Rusiya üçün Ermənistandan çıxmaq arzuedilən deyil, amma Rusiya indiki ərəfədə buna məcburdur. Ekspert vurğulayıb ki, Ukrayna ilə müharibə hələ bitməyib:

"Ermənistan kifayət qədər Ukraynanın yanında olan Avropa dövlətləri ilə yaxınlaşıb. Ona görə Rusiya Ermənistanın tələbləri qarşısında çəkilir və özünə Ermənistan üzərindən ikinci cəbhə açılmasını istəmir. Eyni zamanda indiki vəziyyətdə regionda gərginliyə səbəb olacaq addımların atılmamasına çalışır. Fəqət, Ukrayna məsələsi bitdikdən sonra Moskva fərqli şəkildə Ermənistana təsir edib təzyiqləri artıracaq. Bununla yanaşı, Rusiyanın regiondakı təsiri zəifləyir. Sərhəddə Ermənistan əsgərlərinin yerləşməsi, rus hərbçilərinin tədricən ölkədən çıxması da Kremlin regionda mövqeyinin zəifləməsi anlamına gəlir. Moskva ehtimal olunan təhdidləri gözə alır və regionda gərginliyin artmasının onun ziyanına olacağını bilir. Əlbəttə, ola bilsin, Rusiya bu çəkilməni müvəqqəti, situativ duruma uyğun dəyərləndirir. Lakin hər bir halda bu, Rusiyanın geri çəkilməsi deməkdir. Moskva onun da fərqindədir ki, Azərbaycan ilə də sülh müqaviləsi masadadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq