Millət vəkili: Üçtərəfli əməkdaşlıq regionun iqtisadi xəritəsini dəyişəcək
08:31 14.10.2025
Region
355
Vüqar Bayramov: “Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcmi 9% artıb
Bakıda Azərbaycan, Rusiya və İran rəsmiləri arasında keçirlən üçtərəfli görüş çəçivəsində kommünike qəbul olunub.
Kommünikedə oktyabrın 13-də Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında keçirilən üçtərəfli görüşdə müzakirə edilən məsələlər öz əksini tapıb.
Xatırladaq ki, görüş zamanı Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, Azərbaycan, İran və Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın təşviqi, regionun iqtisadi artımı üçün təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin və energetika sahəsində layihələrin inkişaf etdirilməsi baxımından Azərbaycan, İran və Rusiya Prezidentlərinin 8 avqust 2016-cı il tarixli Bəyannaməsinin və 1 noyabr 2017-ci tarixli Birgə Bəyanatının rəhbər rolu vurğulanıb.
Müzakirələr zamanı 14 oktyabr 2025-ci il tarixində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinə yerində birgə baxış keçirilməsi barədə razılıq əldə edilib.
Yekunda nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.
Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a deyib ki, Azərbaycan qonşu ölkələrlə əməkdaşlığın gücləndirilməsində maraqlıdır:
"Şimal–Cənub nəqliyyat dəhlizinin inkişafı da bu əməkdaşlığın əsas prioritetlərindən biridir. Bu istiqamətdə mütəmadi olaraq məsləhətləşmələr və görüşlər keçirilir. Rusiya və İranla iqtisadi, enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlıq genişlənir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcminin artacağı da gözləniləndir. Artıq bu artım müşahidə olunur. Hətta rəsmi göstəricilərə görə, dəhliz vasitəsilə daşınan yüklərin həcmi təxminən 9% artıb. Proqnozlara əsasən, yaxın 3 il ərzində bu dəhlizlə illik daşınan yüklərin həcmi 5 milyon ton səviyyəsini keçəcək. Bu, İran və Rusiya ilə infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərin səmərəsini göstərir. Nəticə etibarilə, Şimal-Cənub dəhlizinin inkişafı region üzrə yüklərin daha intensiv daşınmasına, eləcə də ölkələrin beynəlxalq ticarətdən daha çox gəlir əldə etməsinə imkan yaradacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm