
Mirzoyanın Moskva səfərinin PƏRDƏARXASI
11:04 21.01.2025
Region
487
Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar başlayıb.
Danışıqlar Rusiya XİN-nin Qəbullar Evində keçirilir.
Lavrov ötən ili rusiya-Ermənistan münasibətlərində sadə olmayan il adlandırıb.
Qeyd edək ki, ötən gün Rusiya xarici işlər nazirliyindən bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış normallaşmaya nail olmaq məqsədilə Cənubi Qafqazdakı vəziyyətə diqqət yetirəcəklər.
İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri həmçinin Rusiya-Ermənistan münasibətləri, Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilindəki əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.
"Ümid edirik ki, qarşıdan gələn görüş konstruktiv şəkildə keçəcək, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək”, - məlumatda bildirilib.
Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Arorat Mirzoyanın Moskvaya səfəri çərçivəsində əsas müzakirə mövzusu son günlər Ermənistanın Qərblə yaxınlaşması və ABŞ ilə strateji tərəfdaşlıqla bağlı müqavilənin imzalanması olacaq:

"Əslində Ermənistan tərəfi bu səfəri 2 ay öncədən planlaşdırdığını söyləsə də, son gündə açıqlanan görüş bunun belə olmadığını göstərdi. Eyni zamanda Rusiyanın Ermənistan və Qərb yaxınlaşması ilə bağlı narazılıq və narahatlığı da əsas önəm daşımaqdadır. Ermənistan xarici işlər nazirinin Moskva səfərində məhz Ermənistanın ABŞ-la münasibətləri aparıcı yeri tutur. Digər tərəfdən təqribən bir ay öncə Ermənistan Rusiyanın Sərhəd Xidməti əməkdaşlarını Ermənistan-İran sərhəddindən çıxardı. İndi həmin ərazidə ABŞ-nin əməkdaşları fəaliyyət göstərir. Eyni zamanda son günlər Ermənistan mediasında Rusiyanın hərbi hissəsinin ikinci hərbi bazasının da bu ölkədən çıxarılması ilə bağlı xəbərlər gündəmə gəlməkdədir. Ümumiyyətlə Ermənistanın KTMT və Aİİ-dən çıxması kimi müzakirə predmeti olacaq mövzular çoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq