Moskva "Rus Evi"nə görə Azərbaycana müraciət etdi
Yusif Nəzərli
16:03 20.03.2025
Region
374
“Rossotrudniçestvo”nun "Rus Evi"nin Bakıdakı nümayəndəliyi ətrafında yaranmış vəziyyətin həlli üçün Rusiya Federasiyası Azərbaycana təkliflər təqdim edib.
Teleqraf "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib .
Onun sözlərinə görə, Moskva Bakının konstruktiv yanaşmasına və tezliklə kompromis həllinə ümid edir.
Diplomat həmçinin bəyan edib ki, "Rus Evi" ətrafındakı vəziyyət Federasiya Şurasının sədri Valentina Matviyenkonun Azərbaycan paytaxtına son səfəri zamanı müzakirə olunub.
Fevralın 3-də Azərbaycan Bakıdakı "Rus Evi"nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib. Ölkə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib ki, Azərbaycan tərəfi Moskvadan qarşılıqlı addımlar gözləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət