Moskvadan ABŞ-nin yeni sanksiya layihəsinə reaksiya

Moskva ABŞ-də Rusiyanın ticarət tərəfdaşlarına qarşı nəzərdə tutulan sanksiya qanunu layihəsinin müzakirəsini diqqətlə izləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Rusiya tərəfi ABŞ-də hazırlanmaqda olan sənədi “qəti şəkildə pislədiyini” bəyan edib.

Peskov əlavə edib ki, Moskva qanun layihəsində hansı konkret detalların müzakirə olunacağına xüsusi diqqət yetirəcək.