Ukrayna Ordusu Rusiya paytaxtına PUA-larla hücum edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
O, Moskva istiqamətində uçan 4 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
PUA-ların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.