
Müharibə qaçınılmazdır: Nə İran geri addım atır, nə də ABŞ mövqeyindən çəkilir
16:38 03.11.2025
Region
293
Yaxın Şərqdə son aylar baş verən hadisələr regiondakı geosiyasi balansı yenidən gündəmə gətirib. İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar və sanksiyalar təkcə bu ölkənin nüvə proqramına deyil, ümumilikdə regional təhlükəsizlik arxitekturasına da ciddi təsir göstərib. ABŞ və İsrailin sərt mövqeyi, eləcə də Tehranın geri addım atmayan siyasəti bölgədə gərginliyi daha da artırır.
ABŞ Prezidenti Donald Tramp da məsələ ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, “İran hazırda nüvə sahəsində imkanlara malik deyil”. Tramp “CBS News” telekanalına müsahibəsində bildirib ki, “xeyr, onların nüvə potensialı yoxdur”.
Buna cavab olaraq, İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran uranın sülh məqsədli zənginləşdirilməsini davam etdirmək niyyətindədir və raket proqramının gələcəyi ilə bağlı müzakirə aparmaq imkanını istisna edir.
Bu açıqlamalar fonunda Vaşinqton və Tehran arasında qarşıdurmanın daha da dərinləşdiyi müşahidə olunur. Mövcud vəziyyət onu göstərir ki, İran məsələsi artıq təkcə regional deyil, həm də qlobal güclər arasında yeni qarşıdurma mərhələsinin əsas səbəblərindən birinə çevrilib.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında İrana qarşı həyata keçirilən üç günlük müharibənin və tətbiq edilən sanksiyaların bu ölkənin nüvəni zənginləşdirmə proqramını xeyli dərəcədə geriyə atdığını söyləyib:

"Dünən İran prezidenti nüvə mərkəzində alimlərlə görüş keçirsə də, bu, daha çox simvolik xarakter daşıyırdı. Məqsəd sadəcə olaraq dünyaya mesaj vermək idi: İran hələ də öz nüvə potensialını inkişaf etdirmək gücündədir. Lakin prosesin mahiyyəti ondan ibarətdir ki, əgər İran real addımlar atmağa başlasa, ABŞ və İsrail ona yenidən hərbi zərbələr endirə bilər. Hazırda İran da boş oturmur, hərbi potensialını artırır, Çindən qırıcı təyyarələr, Rusiyadan isə hava hücumundan müdafiə sistemləri alır. Bu, onun geri çəkilmədiyini göstərir. Digər tərəfdən, ABŞ da danışıqlar təklifi ilə Tehrana mesaj göndərib. Yəni nə İran geri addım atır, nə də ABŞ öz mövqeyindən çəkilir. Əgər İran yaxın mərhələdə uranın zənginləşdirilməsi prosesini bərpa edərsə, növbəti müharibə faktiki olaraq qaçılmaz ola bilər".
Analitik hazırkı mərhələdə İranın siyasətinin regionda destruktiv xarakter daşıdığını və regional təhlükəsizlik üçün ciddi təhdid yaratdığını bildirib:
"Donald Trampın da qeyd etdiyi kimi, İranın nüvə sahəsindəki real imkanları məhduddur- alimlərinin bir hissəsi sıradan çıxarılıb, nüvə obyektləri zərbələrə məruz qalıb. Buna baxmayaraq, Tehran bu istiqamətdə fəaliyyətini davam etdirməyə çalışır. Eyni zamanda, İranın raket proqramını inkişaf etdirməsi ABŞ-İran münasibətlərinə mənfi təsir göstərir. Vaşinqtonun əsas tələbi Tehranın bu proqramdan imtina etməsidir. Lakin İran ənənəvi siyasətindən geri çəkilmir, ABŞ da öz mövqeyində qalır. 12 günlük münaqişədən sonra da vəziyyət dəyişməyib. Görünür ki, ABŞ növbəti mərhələdə İrana qarşı yeni hərbi addımlar ata bilər".
Banuçiçək Kalbalıyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm