
Nə Azərbaycan, nə də Türkiyə Zəngəzur dəhlizindən imtina edəcək - ŞƏRH
Yusif Nəzərli
09:55 22.03.2025
Region
465
“Azərbaycan hərb meydanında olduğu kimi, danışıqlar masasında da Ermənistan və onun arxasındakıları “pat” vəziyyətində qoymaqda davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin yürütdüyü siyasət Cənubi Qafqaz regionunda daimi sülhün bərpasına hesablanıb".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib. O qeyd edib ki, artıq 4 ildən artıqdır ki, Ermənistanla Azərbaycan arasında danışıqlar gedir:

"Amma Ermənistan 28 il Azərbaycanın təkidlərinə baxmayaraq torpaqlarımızı sülh yolu ilə qaytarmaq niyyətində olmadığını göstərdiyi kimi, bu gün də sülhün gəlişini əngəlləməyə çalışır. Hər halda baş verən hadisələr bunu deməyə əsas verir. Ermənistan rəhbərliyi sülhə gəlməkdə çətinlik çəkir. Azərbaycan tərəfinin tələbi də, təklifi də, istək və arzusu da dəyişməz olaraq qalır: “Sözdə bir, əməldə isə başqa fikirlərə sahib Ermənistan haqqında bunu demək çətindir. Ermənistan rəhbərliyinin əvvəl verdiyi açıqlama ilə, sonrakı fikirləri arasında ziddiyyət yetərincədir. Nikol Paşinyanın nə danışmasından, nələri vəd etməsindən, daxili auditoriyaya hesablanan hansı uydurmalar ortaya atmasında asılı olmayaraq, nə Azərbaycan, nə də qardaş Türkiyə Zəngəzur dəhlizi layihəsindən imtina edən deyil. Həmin layihə hər iki qardaş ölkə üçün ciddi perspektivlər vəd etdiyi üçün onun reallaşması mütləq şəkildə olacaq və buna Cənubi Qafqazın Ermənistan kimi səfalət içərisində olan ölkəsi qətiyyən mane ola bilməyəcək. Həmçinin Ermənistanın özünün də xilas yolu olan Zəngəzur dəhlizi layihəsi istənilən halda mütləq reallaşacaq. Əslində, erməni əsilli siyasətçilərin, polotoloqların əksəriyyəti bunu indidən bəyan edirlər".
Aydın Hüseynov əlavə edib ki, Paşinyan daxili etirazlardan, revanşistlərin idarə olunmayan xaos tədbirlərindən çəkinir:
"Baş nazir çıxış yolunun qalmadığının fərqindədir, amma havadarlarını reaksiyası onun qeyri-müəyyən davranışlarını intensivləşdirir. Azərbaycan isə Şərqi Asiyadan Qərbi Avropaya qədər olan geniş coğrafi ərazi ilə region ölkələrinin inteqrasiyasını təmin edəcək böyük layihə təqdim edir. Eyni zamanda dövlətimiz bu plana Ermənistanı da cəlb etmək, nəhayət Cənubi Qafqaza sülh və təhlükəsizlik gətirmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət