İran İslam rejimi ölkəyə hücum edərsə, İsrail inanılmaz güclə cavab verəcək.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.
Knessetdəki debat zamanı çıxışında Netanyahu qeyd edib ki, İsrail İranla davam edən gərginlik fonunda çox çətin və gərgin günlər yaşayır:
"Biz ayıq-sayıq və bütün ssenarilərə hazırıq. Mən bunu Ayətullah rejiminə aydın şəkildə bildirdim: əgər onlar tarixlərində bəlkə də ən böyük səhvə yol verib İsrailə hücum etsələr, biz onların təsəvvür edə bilmədiyi bir qüvvə ilə cavab verəcəyik", - deyə o vurğulayıb.
Netanyahu həmçinin İsrailin ABŞ ilə münasibətlərini dəyərləndirib:
“Milyonlarla İsrail vətəndaşının qorunması məsələsinə gəldikdə, İsrail heç vaxt bu qədər güclü olmayıb. Təhlükəsizlik xidmətlərimiz və onların kəşfiyyat orqanları arasında əməkdaşlıq da daxil olmaqla, ABŞ ilə ittifaq heç vaxt bu qədər güclü olmayıb. Bu, əvvəllər heç vaxt baş verməyib”, - deyə o qeyd edib.