Nikol Paşinyan İrəvanda komandası ilə “dini yürüş”ə başladı

İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi yürüş başlayıb.

Teleqraf xəbər verir ki, hökumət başçısının özünün “dini yürüş” adlandırdığı tədbir Ermənistan rəhbərliyinin qatıldığı Surb Qriqor Lusavoriç Kafedralında Milad ayinindən sonra start götürüb.

Nikol Paşinyanı həyat yoldaşı Anna Akopyan da müşayiət edir.

Yürüşdə baş nazirlə yanaşı, Surb Qriqor Lusavoriç Kafedralında keçirilən Milad ayinində iştirak edən rəsmilər də iştirak edir. Onlara hakim “Vətəndaş Müqaviləsi” Partiyasının digər üzvləri də qoşulub.

Aksiyada iştirak edənlər Müqəddəs Məryəm Ana Kilsəsinə doğru gedirlər.