Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılacaq “Tramp Marşrutu” və ya Zəngəzur dəhlizi fasiləsiz və maneəsiz rejimdə işləyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan bildirib.
“Bütün bu prosesin məqsədi Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvana maneəsiz və fasiləsiz əlaqəsini təmin etməkdir. Bu öhdəlik Ermənistan tərəfindən artıq əvvəlcədən razılaşdırılmış və imzalanmış sənədlərdə təsbit olunub”, - o bildirib.