
Ovannisyanın açıqlaması: Ermənistan sülhə sadiq olmadığını bir daha sübut edir - RƏY
Yusif Nəzərli
10:54 24.03.2025
Region
496
"Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Avropa İttifaqının ölkədəki missiyası ilə əməkdaşlığ davam etdirəcək".
Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
O bildirib ki, Avropa İttifaqı ilə müşahidəçilər üçün yeni mandatı müzakirə edəcəklər: “Ermənistan Azərbaycanla sülh sazişi imzaladıqdan sonra Aİ-nin mülki missiyası ilə əməkdaşlığa hazırlaşır. Ona görə də müşahidəçilər Ermənistan-Azərbaycan sərhədini tərk etməlidirlər”.
Ovannisyan söyləyib: "Biz Aİ ilə müşahidəçilər üçün yeni mandatı müzakirə edə bilərik və əməkdaşlıq mütləq sərhəd məsələləri ilə məhdudlaşmamalıdır. Avropalı müşahidəçilərlə işi davam etdirmək üçün düzgün model tapa bilərik".
O həmçinin Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanması üçün bütün beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, martın 13-də Bakı ilə İrəvan arasında sülh sazişinin mətninin razılaşdırıldığı açıqlanıb.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a deyib ki, Paruyr Ovannisyanın açıqlaması Ermənistanın növbəti siyasi blefi və sülh sazişini imzalamaqdan boyun qaçırmaq cəhdidir:

"Rəsmi İrəvan bu kimi açıqlamalar verməklə real danışıqlardan yayınmağa və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. İki ölkə arasında sülh sazişi yalnız Avropa İttifaqının müşahidə missiyası sərhəd bölgəsini tərk etdikdən sonra imzalanmalıdır. Ermənistan rəhbərliyi isə "Əvvəl sazişi imzalayaq, sonra missiya çıxsın" kimi arqumentlər irəli sürərək, bölgədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir. Bu yanaşma, əslində, Ermənistanın sülhə sadiq olmadığını və prosesi manipulyasiya etmək niyyətində olduğunu bir daha sübut edir. Aİ-nin "müşahidə missiyası" adlandırdığı struktur əslində casus şəbəkəsi rolunu oynayır və bu missiya Azərbaycan-Ermənistan sərhədindən dərhal çıxarılmalıdır. Onların həyata keçirdiyi "binokl diplomatiyası"na son qoyulmalı və bölgədə süni şəkildə yaradılan qeyri-müəyyənlik aradan qaldırılmalıdır".
Şərhçi vurğulayıb ki, ümumiyyətlə, Ermənistana tövsiyə olunur ki, öz ərazisində Aİ-nin müşahidə missiyası adı altında fəaliyyət göstərən və faktiki olaraq mini NATO qüvvələri kimi çıxış edən qrupların yerləşdirilməsinə son qoysun:
"Çünki bu cür addımlar regionda gərginliyi artırmaqdan başqa bir məqsədə xidmət etmir və uzunmüddətli sabitliyə mane olur.
Bütün bunlar onu göstərir ki, Ermənistanın mövcud siyasəti bölgədə sülh və təhlükəsizliyə deyil, yeni geosiyasi qarşıdurmalara yol açır. Bu baxımdan, real və davamlı sülh üçün Ermənistanın manipulyasiya taktikasını dayandırması və üzərinə düşən öhdəlikləri yerinə yetirməsi vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm