
Parlamentari: Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir
Yusif Nəzərli
11:00 26.01.2025
Region
631
Rusiya ilə Ermənistan arasındakı "gərginlik" imitasiyadır və bunu sübut edən faktlar kifayət qədərdir. Paşinyan hökuməti ikili oyun oynayaraq Qərbə doğru reveranslar etsə də, Ermənistan Rusiyanın müttəfiqi olaraq qalır. Lavrovun Mirzoyanla son görüşündən sonra mətbuat konfransında Ermənistanla münasibətlər haqa xoş sözləri də bunu sübut edir. Üzdə problem imitasiya edilsə də, Ermənistan sanksiya altında olan Rusiyaya re-eksport məsələsində əsas müttəfiqdir. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsinin indiyədək görünməyən 12 mlrd. dollara çatmasından məmnunluğunu ifadə ediblər. Bu dövriyyənin kökündə re-eksportun dayandığı Rusiyaya da, Qərbə də yaxşı məlumdur. 2023-cü cü ilin rəqəmlərinə görə, Rusiya Belarus (52,7%) və Ermənistan (41,1%) arasında ticarət dövriyyəsində birinci yerdədir. Yəni iki dövlət arasında problem imitasiyası oyunudur və bu prosesdə əsas aktyorlar Putinlə Paşinyandır. Gözə kül üfürməyə isə ehtiyac yoxdur.
Ermənistanın Rusiyaya açıq xəyanətinə Kremlin tolerant yanaşmasının əsas səbəblərini məhz rəsmi İrəvanın səhnə arxası manevrlərində axtarmaq daha doğru olar. Paşinyan hakimiyyətinin Kremllə münasibətləri əslində, üzdə göründüyü qədər korlanmayıb, əksinə, qeyri-leqal məkanda Rusiya-Ermənistan müttəfiqliyi hətta müəmmalı şəkildə inkişaf edir. Məlumdur ki, ABŞ və Qərbin məqsədi Rusiyanı regiondan sıxışdırıb çıxartmaqdır. Kreml Rusiyanın Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün malik olduğunu təsir mexanizmlərindən maksimum səviyyədə istifadə edir. Rəsmi İrəvan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmağa cəhd göstərərkən, konkret bir neçə məkrli məqsədi ön planda tutur. Birincisi, Ermənistan II Qarabağ savaşında biabırçı məğlubiyyətə uğradılmış tərəfdir. Ona görə də, rəsmi İrəvana həmin hərbi məğlubiyyətə Ermənistan əhalisinin qəbul edəcəyi günahkar tapmaq lazım idi. Və Rusiya buna tamamilə uyğun gəlirdi. Ona görə də, Paşinyan hakimiyyəti vaxtilə ölkədaxili ittihamları özündən yayındırmaq və yaxud da heç olmasa, zəiflətmək üçün Rusiyanı Ermənistanın hərbi məğlubiyyətinin əsas günahkarı elan etməyə üstünlük verdi. Eyni zamanda, bundan bəhanə kimi yararlanaraq, Rusiyadan uzaqlaşma imitasiyası ilə ABŞ və Qərbin diqqətini çəkməyə, onun hərbi-siyasi dəstəyini qazanmağa cəhd göstərdi. İrəvanın bu məsələdə kifayət qədər irəliləyə gedə bildiyi isə hazırda elə də ciddi müzakirə mövzusu deyil. Ancaq reallıqda isə situasiyanın tamamilə fərqli olduğu artıq tədricən ortaya çıxmağa başlayıb. Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyadan uzaqlaşma imitasiyası ilə ABŞ və Qərbin həm maliyyə, həm də hərbi-siyasi dəstəyini almağa nail olub. Yəni, ABŞ və Qərb hazırda Ermənistanı açıq-aşkar müdafiə edir, bu uydurma dövlətə silah-sursat, hərbi texnika dəstəyi verir. Yəni, Paşinyan hakimiyyəti ABŞ və Qərbi aldadaraq, Ermənistanın sürətlə silahlandırıılması prosesinə start verməyə nail ola bilib. Və buna paralel olaraq isə səhnə arxasından fərqli hədəfləri ön planda saxlamağı da qətiyyən unutmayıb. Ona görə Paşinyan hakimiyyətinin Kremllə münasibətləri reallıqda göründüyü qədər korlanmayıb.
Millət vəkili Elçin Mirzəbəyli "Sherg.az"a deyib ki, Moskva ilə İrəvan arasındakı münasibətlərin gərginliyi özünü əsasən bəyanatlarda biruzə verir. Deputatın sözlərinə görə, reallıqda Ermənistan Rusiyanın müttəfiqi olaraq qalmaqdadır:

"Mövcud faktlar, xüsusən də ixrac sahəsində nəzərə çarpacaq dəyişikliklər Ermənistanın Rusiyanı sanksiyalardan yayındırmaq üçün brokin mərkəzi funksiyasını yerinə yetirdiyini sübut edir. Bu fakt Rusiya-Ermənistan ticarət dövriyyəsində də özünü biruzə verməkdədir. Ermənistanın ixrac potensialı hamıya bəllidir. Ermənistan hər hansı təbii resursu olmayan, azsaylı istehlak müəssisələrinə malik olan bir ölkədir. Belə bir ölkənin birdən-birə bu qədər "yüksək" nəticə göstərməsi diqqəti cəlb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya
Yeni peşə təhsili ixtisasları yaradılıb
15:11 30.06.2026
Elm və Təhsil
Daha 6 itkin-şəhid dəfn olunacaq
15:04 30.06.2026
Hərbi
Azərbaycanda taxıl sahələrindən 1,6 ton məhsul yığılıb
14:57 30.06.2026
İqtisadiyyat