Paşinyan ABŞ səfiri ilə TRIPP layihəsini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda diplomatik fəaliyyətini başa vuran ABŞ səfiri Kristina Kuini qəbul edib.

Teleqraf xəbər verir ki, Paşinyan xanım Kuinnin vəzifədə olduğu dövrdə iki ölkə arasında münasibətlərin strateji səviyyəyə qaldırıldığını vurğulayıb.

Tərəflər TRIPP layihəsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.