Paşinyan: II Qaregini vəzifədən uzaqlaşdırmaq üçün bütün tədbirləri görəcəyik

Kilsə-dövlət münaqişəsi yoxdur.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.

O qeyd edib ki, “kilsənin hakimiyyətini qəsb edən bir şəxs var”.

“Biz onu layiq olmadığı vəzifəsindən uzaqlaşdırmaq üçün bütün icazə verilən qanuni tədbirləri görəcəyik”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda günahlandırır. Paşinyan bildirib ki, əgər II Qareginin həqiqətən də subaylıq andını pozduğu və uşaq atası olduğu ortaya çıxsa, o, bütün ermənilərin katolikosu ola bilməyəcək.​​​​

Din xadimləri də öz növbəsində Ermənistan Baş nazirini kilsə əleyhinə kampaniya başlatmaqda ittiham edir.