
Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir - ANALİTİK
Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir - ANALİTİK
Yusif Nəzərli
22:54 02.06.2025
Region
465
Baş nazir hakimiyyətini qorumaq üçün Azərbaycandan təminatlar istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyanın "İrəvan və Bakı sülh sazişinin imzalanmasının tarixini razılaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr aparır" açıqlaması heç də birmənalı mövqenin ifadəsi kimi başa düşülmür. Faktiki olaraq, Azərbaycanın sülhlə bağlı iki mühüm tələbi - Ermənistan Konstitusiyasındakı ərazi iddialarını ehtiva edən müddəaların ləğv edilməsi və ATƏT-in Minsk qrupundan imtina ilə bağlı konsensus yoxdur. Tərəflər sülh mətni üzərində razılıq əldə etsələr də, rəsmi Bakı yekun razılaşma üçün əsas tələblərin icrasını tələb edir. Rəsmi Bakı suveren siyasət həyata keçirdiyi halda Ermənistan eyni xətti apara bilmir. Bu isə bölgədə toqquşmaları labüd edir və beləliklə, bölgəyə böyük güclərin təsir imkanları genişlənir. Buna mane olmaq, həmçinin gələcəkdə iki ölkə arasında yeni müharibənin olmaması üçün rəsmi Bakının şərtləri yerinə yetirilməlidir. ATƏT-in Minsk qrupu formatına böyük dövlətlərin qayıtmaması üçün İrəvan vaxt itirmədən addım atmalıdır. Eyni zamanda Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün Ermənistan özünün hüquqi-normativ sənədlərinə düzəlişlər etməlidir. Görünən isə odur ki, erməni tərəfi bu iki məsələ ilə bağlı yaxın zamanlarda hansısa addım atmaq niyyətində deyil.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov "Sherg.az"a deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə ölkəsinin qəbul etməli olduğu yeni siyasət və prioritetləri təsvir edir. Ekspertin sözlərinə görə, Paşinyan əvvəlki illərdəkindən fərqli olaraq, görünməmiş istiqamətlər ortaya qoymağa çalışır:

"Yəni Paşinyan sülh gündəliyi üzrə Azərbaycanın tələb və şərtlərindəki bəzi məsələləri Ermənistan ictimaiyyəti üçün strukturlaşdırır. Lakin bunun situativ olduğu, Ermənistanın hər fürsətdə Azərbaycana qarşı revanş götürməsi ehtimalları rəsmi Bakını son dərəcə güclü xarici, kəşfiyyat və müdafiə siyasətini izləməyə məcbur edir. Bu baxımdan Paşinyanın çıxışları və sülh tezisləri onun daxili vəziyyət, regional və beynəlxalq situasiyalarla Azərbaycanın gündəmi arasında tərəddüdlər kimi şərh oluna bilər. Azərbaycan bu tərəddüdləri öz maraqlarına uyğun şəkildə yönləndirir. Paşinyanın bu məsələni Ermənistana dəstək olan dövlətlərin ambisiyalarına inteqrasiya etmək istəməsi bu ölkə üçün təhlükəli perspektiv deməkdir. Paşinyan bunu bildiyindən Azərbaycanın sülh proqramındakı ştrixlərinə yaxın mövqelər səsləndirir. Başqa tərəfdən isə Paşinyan ölkədaxili hərəkatla üzləşərək hakimiyyətinə təhlükələr yaranması risklərinə qarşı gediş edir".
Analitik əlavə edib ki, Paşinyanın öz hakimiyyətini qorumaq üçün Azərbaycandan təminatlar almaq istəkləri mümkündür:
"Ehtimal ki, Paşinyan bu istəklərini Azərbaycandan verilən sülh və təhlükəsizlik siqnalları ilə sinxronlaşdıran məqama diqqət yetirir. Hələlik, Paşinyanın hakimiyyətdə olması Azərbaycan üçün məqbuldur. Ancaq Azərbaycan sürprizlərə qarşı strategiyasını formalaşdırır. Bu o deməkdir ki, artıq Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, yeni iqtidar Azərbaycanın qələbəsini geri oxuda bilməyəcək. Azərbaycan bunun hüquqi bazalarını formalaşdırmaq üçün Paşinyan hakimiyyətindən istifadə edir. Beləliklə, Azərbaycan Ermənistanın siyasi və təhlükəsizlik sektorlarına nüfuz edərək qəfil proseslərdəki manevr imkanlarını artırmış olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya