
Paşinyana qarşı sui-qəsd də mümkündür - ŞƏRH
Paşinyana qarşı sui-qəsd də mümkündür - ŞƏRH
Yusif Nəzərli
02:22 11.03.2025
Region
381
Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini müxtəlif yollarla edə bilər
"Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan arasında hazırkı iqtidara qarşı mübarizədə birlik mümkün deyil. Bu, artıq danılmaz faktdır". Bu barədə erməni ekspert Tiqran Vahan deyib. Onun sözlərinə görə, mübarizə həm də keçmiş liderlərin tərəfdaşları arasında gedir: “Son həftələrdə hər ikisinin komandalarının üzvləri bir-birilərinin ünvanına müxtəlif ittihamlar və təhqirlər səsləndiriblər. Hətta Nikol Paşinyan və komandasının hakimiyyətə gəlməsinə görə bir-birilərini günahlandırırlar. Mövcud iqtidardan qurtulmağa çalışmaq əvəzinə, bir-biriləri ilə mübarizə aparırlar. Lakin yenə də bir çoxları Sərkisyan və Köçəryandan güclərini birləşdirmələrini gözləyirlər. Liderlər isə müxalifətin parçalanmasının nə qədər təhlükəli olduğunu anlamırlar. Bu vəziyyət ən çox Paşinyan və komandasının işinə yarayır”. Qeyd edək ki, bir müddət öncə iki liderin yaxınlaşan seçkilərdə güclərini birləşdirə biləcəyi və Moskvanın dəstəyi ilə Ermənistandakı mövcud iqtidarı hakimiyyətdən uzaqlaşdırmağa çalışacağı deyilirdi. Lakin Robert Köçəryanın xələfi ilə bağlı son açıqlamaları və səsləndirilən ittihamlar bu gözləntinin reallaşmayacağı, hər ikisinin fərdi şəkildə seçkilərdə meydana çıxacağı kimi dəyərləndirilir. Ermənistanın Respublika Partiyasının üzvü Eduard Şarmazanov isə bildirib ki, Baş nazir Nikol Paşinyanın hakimiyyəti dövründə Qarabağdakı döyüşlərdə iştirak etmiş Robert Köçəryan və Serj Sərkisyanın Bakıya təhvil verilməsi mümkün ola bilər.
Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl deyib ki, bu proses Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin R.Köçəryan və S.Sarkisyanla görüşündən sonra başlayıb. Ekspert vurğulayıb ki, Kopırkini Rusiyanı narahat edən məsələləri Baş nazir Nikol Paşinyanla da danışa bilərdi:

"Niyə məhz keçmiş prezidentlərlə əlaqə saxlayıb? Onlar fikirləşirlər ki, perspektivdə Rusiya Ukrayna ilə müharibədən qalib çıxacaq və hədəf Cənubi Qafqaz olacaq. Cənubi Qafqazda da ilk hədəf Ermənistandır. Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək istəməsi reallıqdır. Baxmayaraq ki, Rusiya 5 il ərzində buna çalışsa da, istəyinə nail ola bilməyib. Kopırnikin Köçəryan və Sarkisyanla görüşündən sonra ikili arasında da müəyyən proseslər başladı ki, Rusiya konkret kimi hakimiyyətə gətirmək istəyir? Köçəryana yaxın adamlar Sarkisyanı ittiham etdilər. Ona görə də qarşılıqlı ittihamlar başlayıb. Rusiya bu "yarı ölüləri" diriltmək istəyir. Ancaq bu, indiki vəziyyətdə mümkün deyil. Paşinyan tam kapitulyasiya olandan sonra belə seçki keçirtdi və qalib gəldi. Çünki erməni cəmiyyəti müharibə dəhşətini gördü, yaşadı. Ermənistan ictimaiyyəti yaxşı bilir ki, "müharibə qəhrəmanları" yenidən hakimiyyətə gəlsə, münaqişə və itkilər dönəmi başlayacaq. Köçəryan vaxtı ilə öz rəqiblərini Rusiyanın əli ilə qətliam vasitəsilə sıradan çıxarıb. Sərkisyanı da ittiham edir ki, sən də Paşinyana qarşı bu cür davrana bilərdin. Ona görə Paşinyan sual edir ki, onu kim hakimiyyətə gətirib? Ardınca bildirir ki, onu xalq hakimiyyətə gətirib. Seçkiyə bir ildən bir qədər artıq zaman qalıb. Bu müddət ərzində Ermənistan daxilində hansısa eskalasiyanın başvermə ehtimalı azdır. Perspektivdə Paşinyanın yenidən seçilməsi real görünür".
Ekspert əlavə edib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyini müxtəlif yollarla edə bilər:
"Hətta sui-qəsdlər də mümkündür. Yaxud hərbi, siyasi, iqtisadi təzyiqlərlə Paşinyanı yolundan döndərməyə çalışar. Onun da fərqindədirlər ki, ABŞ üçün hazırda Cənubi Qafqaz çox əhəmiyyətli deyil. Rusiya iki xətt aparır, həm Paşinyanı devirə bilmədiyi üçün müəyyən təzyiqlərlə öz tərəfinə çəkməyə çalışır, həm də keçmiş prezidentlərlə əlaqəni saxlayır. Dünyada geosiyasi vəziyyətin necə dəyişəcəyi bu ilin sonunda məlum olacaq. Çox güman ki, Ermənistan daxilində 2026-cı ilin əvvəlindən Paşinyana siyasi mübarizə artacaq. Bu hərəkatın real lideri olmadığı üçün mübarizənin nəticə verməyəcəyini demək olar. Amma erməni kilsəsi və daşnakların tör-töküntüləri daxildə hökumətə qarşı, xaricdə isə Azərbaycan əleyhinə xətti qoruyub saxlayacaqlar. Bunu Azərbaycan tərəfi çox yaxşı bilir və preventiv tədbirlərini görür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm