Paşinyanın II Qareginlə bağlı planında dəyişiklik edildi

Bütün ermənilərin katolikosu II Qareginin vəzifəsindən uzaqlaşdırılması planı yanvar ayına qədər təxirə salına bilər.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasına (VHP) istinadla məlumat yayıb.

“VHP üzvləri arasında gedən fəal müzakirələrə görə, Nikol Paşinyan hökumətinin katolikosu vəzifəsindən uzaqlaşdırmaq planı yanvar ayına qədər təxirə salına bilər. Partiyadakı mənbəmiz söyləyib ki, hakim komanda addım-addım gedir, prosesin kulminasiya nöqtəsinə diqqətlə yanaşacaq”, - nəşr qeyd edib.