Korrupsiya qalmaqalı və bunun fonunda Prezident Volodimir Zelenskinin ofisinin sabiq rəhbəri Andrey Yermakın istefası ölkədə siyasi vəziyyəti daha da gərginləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynada siyasi qeyri-müəyyənlik sürətlə dərinləşir:
"Bu qalmaqalın yaratdığı siyasi qeyri-müəyyənlik artır və çox sürətlə genişlənir. İndi bundan sonra nə baş verəcəyi ilə bağlı proqnoz vermək çətindir".