Pezeşkian aylıq 1000 dollar maaş alır - Özü açıqladı

İran Prezidenti Məsud Pezeşkian aylıq 1000 dollar maaş alır.

Teleqraf xəbər verir ki, bu barədə o, Gülüstan vilayətində tibb məsələlərinə həsr olunmuş iclasda bildirib.

“Əvvəllər normal pul verilirdi, maaş 6 min dollar idi. Amma indi prezident olaraq 1000 dollar maaş alıram”, - o deyib.

Qeyd edək ki, İranda hazırkı məzənnə ilə (1 dollar - 162 min tümən) 1000 dollar təxminən 162 milyon tümən edir.