Pezeşkian: "İran özünü müdafiə etməyə hazırdır"

İran prezidentinin mətbuat xidməti Məsud Pezeşkianın Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışıqlarının təfərrüatını açıqlayıb.

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Son regional hadisələrin müzakirəsi zamanı Məsud Pezeşkian İslam ölkələri arasında birliyin möhkəmləndirilməsini və gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

"Əgər ABŞ həqiqətən diplomatiya axtarırsa, təxribatçı addımlarını dayandırmalıdır. İranın seçimi ləyaqətli dialoq və diplomatiya yoludur, bununla belə ölkə özünü müdafiə etməkdən çəkinməyəcək", - deyə o əlavə edib.