Politoloq: “Azərbaycan–İran–Rusiya əməkdaşlığı bölgədə sabitliyin əsasını möhkəmləndirir”
08:50 13.10.2025
Region
414
Azərbaycan, İran və Rusiya hökumət nümayəndələrinin üçtərəfli görüşündə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanıb.
Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib.
Baş nazirin müavini bildirib ki, bugünkü görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə həsr olunub: “Üçtərəfli formatda aparacağımız müzakirələr ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Əminəm ki, konstruktiv və müsbət məcrada keçəcəkmüzakirələrimiz üç ölkə arasında müvafiq sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.
Politoloq Tural İrfan Sherg.az-a deyib ki, Azərbaycan, İran və Rusiya hökumət nümayəndələrinin görüşü hazırda çox önəmli əhəmiyyət kəsb edir:
"Rusiya ilə Azərbaycan aranda yaranmış vəziyyətin liderlər tərəfindən yoluna qoyulması, münasibətlərin yenidən inkişafını labüdləşdirir. Eyni zamanda qonşu və dost ölkə olan İranla da müvafiq iqtisadi, ticari və digər sahələrdə əlaqələrin inkişafı önəmlidir. Əsasən nəqliyyat və enerji sahələrində əlaqələrin genişləndirilməsi əhəmiyyətlidir. Hər üç ölkə arasında faydalı əməkdaşlığın gücləndirilməsi zəruridir. Xüsusən Qarabağın azad edilməsindən və sülh sazişinin paraflanmasından sonra Zəngəzur dəhlizinin açılması reallığı fonunda hər üç qonşu ölkənin yeni əlaqələrinin nəzərdən keçirilməsi, inkişafı, möhkəmləndirilməsi qarşıda daha geniş imkanlar açacaq. Gömrük, energetika, iqtisadi - ticari əlaqələrin hər üç ölkənin hikmət nümayəndələri ilə müzakirəsi eyni zamanda qarşılıqlı maraqların təmini müqabilində bölgədə daimi sülhün, sabitliyin də möhkəmlənməsi deməkdir. Bu kimi görüşlər bölgədə sabitliyin davamlı olmasına, münasibətlərin daha da yaxınlaşmasına və ən əsası isə iqtisadi, ticari sahələrdə üçtərəfli yeni əlaqələrin inkişafına töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm