
Politoloq: İran Ermənistanla quru sərhədini itirmək istəmir
Yusif Nəzərli
04:09 30.04.2025
Region
420
Tehranın narahatlığını tez-tez ifadə etməsi bilavasitə məhz bu məsələyə söykənir
“İran heç bir vəchlə Ermənistanla sərhədinin aradan qaldırılmasına razı olmayacaq. Yəni Tehran hökumətinin baxışında dəyişən heç nə yoxdur"
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər etməzdən öncə AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə edib. Prezident bildirib ki, İran öz ərazisindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvana yol verir və bununla bağlı işlər görülüb, razılaşma var: "İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur".
Politoloq Natiq Miri Sherg.az-a deyib ki, İranı narahat edən əsas məqam Ermənistanla sərhədinin aradan qaldırılmasıdır. Ekspert vurğulayıb ki, İranda bəzi qüvvələr düşünür ki, əgər nəqliyyat kommunikasiyası dəhliz statusunda açılarsa, eksterritorial prinsip anlamında bu, Azərbaycanın nəzarətinə keçə bilər:

"Burada da İran Ermənistanla quru sərhədini itirər. Əslində, belə bir şey yoxdur. Ancaq hər bir halda İranın narahatlığını tez-tez ifadə etməsi bilavasitə məhz bu məsələyə söykənir. Ermənistanın ərazi bütövlüyünün İranın "qırmızı xətti" olması da bununla bağlıdır. Düşünmürəm ki, bu yöndə Tehranda konkret fikir dəyişikliyi mövcuddur. Çünki bu, İran rejiminin dəyişməz fikridir və bu fikri də Prezident Məsud Pezeşkianın redaktə etmək imkanı yoxdur. Pezeşkianın AzTV-yə dedikləri də bunu göstərir. Onun fikirləri təsdiq edir ki, Ermənistanın ərazi bütövlüyü və hər hansı geosiyasi dəyişikliklərin olmaması İranın əsas tezisidir. Ermənistanla sərhədin itirilməsi İrandakı bəzi güc mərkəzlərinin maraqlarına cavab vermir. Çünki sərhəd boyunca qeyri-qanuni daşımalar, silahlar, narkotik dövriyyəsi həyata keçirilib və bu kontekstdə milyardlar qazanılıb. Buna görə də İran heç bir vəchlə Ermənistanla sərhədinin aradan qaldırılmasına razı olmayacaq. Yəni Tehran hökumətinin baxışında dəyişən heç nə yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə