Portuqaliya İrandakı səfirliyini bağladı

Portuqaliya Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırmaq barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərar bölgədəki gərgin vəziyyət və potensial silahlı toqquşma ehtimalı ilə əlaqələndirilib.

Nazirlik həmçinin ölkədə olan Portuqaliya vətəndaşlarına müraciət edərək, onları dərhal İranı tərk etməyə çağırıb.

Qeyd edək ki, Böyük Britaniya və Fransa Tehrandakı diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdıraraq heyətin bir hissəsini təxliyə edib.