Putin dərhal tələb etdi: İqtisadi struktur dəyişdirilsin!

Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında hökumətin iqtisadi struktur dəyişikliklər planının dərhal həyata keçirilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir.

Bildirilib ki, 2030-cu ilə qədər davam edəcək bu planın yüksək texnologiyalı sənaye sahələrində və yüksək əlavə dəyərli istehsalda müasir, yüksək maaşlı iş yerlərinin yaradılmasına, eləcə də yerli malların istehlakının artmasına səbəb olacağı gözlənilir.