Putin Əli Laricanini qəbul edib

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiyaya səfəri çərçivəsində Laricani ilə görüş Kremldə baş tutub.

Kremlin mətbuat xidməti Putin-Laricani görüşünün təfərrüatlarını açıqlamayıb.

Qeyd edək ki, yanvarın 30-da Rusiya KİV-i İran İslam Respublikasının dövlət rəsmisinə məxsus təyyarənin Moskvanın Vnukovo hava limanına endiyi haqqında məlumat yaymışdı.