Putin Kadırovu nümunə göstərdi

Rusiya Prezidenti Vladimir Putin insanları erkən yaşda ailə quran Qafqaz xalqlarından nümunə götürməyə çağırıb.

Axar.az xəbər verir ki, Putin buna misal olaraq Kadırovlar ailəsini nümunə göstərib:

"Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük ailəsi, çoxlu uşağı var. Onlar kifayət qədər erkən yaşda ailə qururlar. O, mənə dedi ki, onlarda - bütövlükdə Qafqazda belə ənənə var. Bu, çox gözəldir”, - Putin vurğulayıb.