Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Teleqraf xəbər verir ki, iclasdan sonra keçirilən brifinqdə Putin müzakirə olunan məsələlər barədə açıqlama verib.
Rusiya lideri bildirib ki, onlar digər məsələlərlə yanaşı, milli müdafiə və təhlükəsizlik maraqları naminə süni intellektin inkişafı üçün əlavə tədbirləri müzakirə ediblər.
Dekabrın 25-də Putin Rusiya Dövlət Şurasının iclasında növbəti 10-15 ilin nəhəng texnoloji transformasiya və süni intellekt inkişafı dövrü olacağını qeyd edib. O, dünyanın əvvəllər heç vaxt görünməmiş böyük bir texnoloji irəliləyiş yaşayacağını deyib.
Rusiya lideri həmçinin qeyd edib ki, süni intellekt kosmik tədqiqatlardan daha qabaqcıl və hər şeyi əhatə edən bir texnologiyadır.