Qareginlə bağlı gizli səsyazısı Ermənistanı silkələdi
07:55 18.10.2025
Region
283
“Katolikos II Qaregin kilsəni mafiya klanına, oğru adətləri olan struktura çevirib”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sosial işlər naziri Arsen Torosyan deyib.
Nazir arxiyepiskop Natan Ovannisyanın və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyanın internetdə yayılan səsyazısına istinadla sosial media hesabında bildirib:
“Kilsə xadimlərinin son söhbətləri iki şeyə dəlalət edir:
Birinci, müxalifət xalq dəstəyi baxımından o qədər acınacaqlı vəziyyətdə olub və elə vəziyyətdədir ki, katolikos vəzifəsini qəsb edən şəxs kilsə xadimlərini mitinqlərə adam gətirməyə məcbur edib və sayla bağlı onların qarşısına konkret rəqəmlər qoyub.
İkinci, həmin şəxs - Ktriç Nersisyan (II Qaregin) kilsəni mafiya klanına, oğru adətləri olan struktura çevirib və bunun sübutu günbəgün artır”.
Qeyd edək ki, internetdə 2023-cü ilin oktyabrında arxiyepiskop Natan Ovannisyan və II Qareginin keçmiş köməkçisi Ağan Yernjakyana aid söhbətin səsyazısı yayılıb. Səsyazısından belə anlaşılır ki, II Qaregin bəzi din adamlarını hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmağa məcbur edib, bəzi ruhani şəxslər isə buna qarşı çıxıb. Artıq məsələ ilə əlaqədar cinayət işi açılıb və üç yüksək vəzifəli din adamı həbs olunub.
Səsyazısı Ermənistanda geniş müzakirələrə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm