Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etməyə hazırdır
18:48 26.09.2025
Region
345
Qazaxıstan Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etməyə hazırdır.
Trend xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin müşaviri Maqzum Mirzaqaliyev Nyu-Yorkda Caspian Policy Center-in (CPC) Xəzəryanı ölkələrin səfirlikləri ilə birgə təşkil etdiyi altıncı illik Xəzər Biznes Forumunda bildirib.
Mirzaqaliyev qeyd edib ki, Orta Dəhliz sürətlə əsas beynəlxalq ticarət marşrutlarından birinə çevrilir, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) isə regional əməkdaşlıq üçün yeni imkanlar açır.
“Biz TRIPP təşəbbüsünü alqışlayırıq və Orta Dəhliz boyunca əlaqəliliyin möhkəmləndirilməsi üçün Zəngəzur dəhlizinin reallaşdırılmasında iştirak etmək istərdik”, — deyə o vurğulayıb.
Mirzaqaliyev ayrıca Qazaxıstan ilə ABŞ arasında enerji əməkdaşlığının əhəmiyyətinə də toxunub.
“Enerji sektoru bizim iqtisadiyyatımızın və ABŞ-lə ikitərəfli münasibətlərimizin təməl daşıdır. Biz ABŞ-ın enerji prioritetlərini bölüşürük. ABŞ-a idxal olunan uranın orta hesabla 24 faizi Qazaxıstandan tədarük olunur. Biz ABŞ-ın nüvə energetikası sahəsində etibarlı və güvənilən tərəfdaşı kimi rolumuzu möhkəmləndirməyə hazırıq”, — Mirzaqaliyev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə