“Moskva Bakı və İrəvan arasında dialoqda müsbət dinamika görür”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Rusiyalı diplomat qeyd edib ki, region daxilində əlaqələrin bərpası və möhkəmlənməsi də müşahidə olunur.
“Rusiya nəqliyyat kommunikasiyalarının açılması prosesini, o cümlədən Rusiya taxılının Azərbaycan vasitəsilə Ermənistana tədarükünün davam etdirilməsini alqışlayır”, - Zaxarova əlavə edib.
Rusiya rəsmisinin sözlərinə görə, bu, 3+3 formatının inkişafının aktuallığını təsdiqləyir: “Moskva bu formata çox müsbət yanaşır. Gürcüstanlı həmkarlarımızı da bu platformanın iclaslarında görmək istərdik”.
Mariya Zaxarova əmindir ki, Moskvanın Gürcüstanla müzakirə edəcək məsələləri var.