Rusiya-Azərbaycan münasibətlərində gərginlik siqnalı: Moskva Qarabağ məsələsində ikili danışır?
10:08 10.06.2025
Region
532
Rusiya rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara tamamilə fərqli bir məna verməməyə çağırıb. Zaxarova Rusiyanın rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını söyləyib. Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və sosial mədəni xüsusiyyətlərdən danışıb. Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edib. Medinski qeyd edib ki, əgər Ukrayna münaqişəsi real sülh olmadan dayandırılarsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Çünki Kiyev və NATO Rusiyanın yeni ərazilərini geri almağa çalışacaq. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə Putinin köməkçisinə kəskin cavab verib, dövlətlərarası münasibətlərə xələl gətirməməyə çağırıb: “Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.” O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır. Ayxan Hacızadə Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin verdiyi açıqlamalar Azərbaycanın rəsmi dairələrində ciddi narazılıqla qarşılanmışdı:
“Bu da, təbii olaraq, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərən bir hal kimi qiymətləndirilir. Bu səbəbdən də Kremlin daxilində müəyyən narahatlığın yarandığı ehtimal olunur. Ona görə də Medinskinin yanlış açıqlamalarını düzəltmək niyyəti formalaşıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu məsələyə münasibət bildirməsi də məhz həmin narazılıqları aradan qaldırmağa yönəlmiş bir addım kimi qiymətləndirilə bilər. Zaxarova açıq şəkildə bəyan edib ki, Rusiya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Yəni birbaşa şəkildə Azərbaycan ictimaiyyətinə verilən mesajdır ki, Medinskinin fikirləri Rusiya dövlətinin rəsmi mövqeyini əks etdirmir və şəxsi fikir kimi dəyərləndirilməlidir. Hadisə bir anlaşılmazlıq kimi təqdim edilməyə çalışılır. Hər halda, yanlış açıqlamanın rəsmi şəkildə düzəldilməsinə yönəlik addımların atılması müsbət yanaşmadır. Lakin son dövrlər Rusiya siyasi dairələrində Azərbaycana qarşı qərəzli açıqlamaların və narahatedici mesajların sayı artıb. Bu isə müəyyən mənada Azərbaycan-Rusiya münasibətlərində bir gərginlik və ya böhranın yaşandığını göstərir. Kreml anlamalıdır ki, Cənubi Qafqazda Rusiya üçün ən önəmli tərəfdaşlardan biri məhz Azərbaycandır. Buna görə də Azərbaycanı narazı salmaq, Kremlin uzunmüddətli regional maraqlarına uyğun gəlmir. Ona görə də Kreml daxilində siyasi qərarverici dairələr Rusiyanın rəsmilərinə və ictimai-siyasi fiqurlarına Azərbaycana qarşı qərəzli açıqlamalar və təhdid xarakterli mesajlardan çəkinmələri barədə xəbərdarlıq etməlidir. Əks halda, belə çıxışların və münasib olmayan bəyanatların davam etdirilməsi iki ölkə arasında münasibətlərə zərbə vuracaq və əməkdaşlıq perspektivlərinə ciddi problemlər yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm