Rusiya neft hasilatını ildə 540 milyon tona çatdırmağı planlaşdırır

Rusiya orta müddətli perspektivdə illik neft hasilatını 540 milyon tona qədər artırmağı planlaşdırır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, ölkə məhz bu göstərici səviyyəsində qalmağı hədəfləyir.

“Biz 540 milyon ton səviyyəsinə çıxmağı və bu rəqəmləri qorumağı planlaşdırırıq. Bunun üçün, əlbəttə ki, belə bir hasilat səviyyəsinin təmin olunması ilə bağlı şəraitin yaradılması istiqamətində işi davam etdirmək çox vacibdir”, – deyə Novak vurğulayıb.