Rusiyada yanacaq böhranı dərinləşir
18:54 08.10.2025
Region
339
Rusiyada benzinin satışına qoyulan məhdudiyyətlər daha iki bölgəyə - Tümen və Sverdlovsk vilayətlərinə də tətbiq edilib. Bundan öncə eyni addım Çelyabinsk, Novosibirsk vilayətlərində və işğal olunmuş Krımda atılıb.
Modern.az xəbər verir ki, Tümen şəhərindəki “H-1” yanacaqdoldurma şəbəkəsi 7 oktyabrdan etibarən benzin satışına limit qoyub.
Hazırda bir alışda maksimum 30 litr Aİ-92 və Aİ-95 markalı yanacaq almaq mümkündür. Şirkət nümayəndələri iddia edirlər ki, “defisit yoxdur”, məhdudiyyətlər isə “benzin alanları bidonla toplu şəkildə almaqdan çəkindirmək” üçün tətbiq olunub.
Eyni zamanda TPK şəbəkəsində Aİ-95 benzini yalnız yanacaq kartları ilə satılır. Şirkət bu addımı “müəyyən növ yanacağın çatışmazlığı” ilə əlaqələndirib, lakin məhdudiyyətlərin nə vaxtadək qüvvədə qalacağı bəlli deyil.
Sverdlovsk vilayətində də oxşar vəziyyət yaranıb. Yerli sakinlər bildirirlər ki, “Lukoyl” yanacaqdoldurma məntəqələrində benzinin bidonlara satışı qadağan olunub, “Başneft” şəbəkəsində ümumiyyətlə yanacaq yoxdur. Tamic Energy və Varta stansiyalarında isə bir avtomobilə yalnız 30 litr yanacaq verilir.
“Karavan” şəbəkəsində Aİ-95 markalı benzin tamamilə tükənib, digər növlər isə 20 litrlə məhdudlaşdırılıb.
Eyni şəbəkənin Yekaterinburqdakı stansiyalarında da öncədən limitlər tətbiq edilmişdi: hər avtomobilə 20 litr benzin və 30 litr dizel.
Novosibirsk vilayətində vəziyyət daha gərgindir: “Praim” şəbəkəsi əksər məntəqələrdə Aİ-92 satışını dayandırıb. Şirkət bu qərarı “neft emalı zavodlarından tədarüklərin dayanması” ilə əsaslandırır. Nəticədə yanacaq qiymətləri kəskin artıb, “Tatneft” məntəqələrində Aİ-92-nin bir litri cəmi iki gün ərzində 6 rubl bahalaşıb.
Çelyabinsk vilayətində “Tamic Energy” stansiyalarında avtomobillərə 30 litr benzin və 70 litr dizel limiti tətbiq olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya