
Rusiyanın təzyiq mexanizmləri artıq işə salınıb -ANALİTİK
Yusif Nəzərli
05:27 17.01.2025
Region
567
Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək
Rusiyadan gələn təhdidlər Avropa İttifaqına (Aİ) üzvlük layihəsini təsdiqləyən Ermənistan hökumətini ciddi düşünməyə vadar edib. “Hraparak” iddia edib ki, Nikol Paşinyan bu durumdan narahat olsa da, geri addım ata bilməyəcəklərini və Aİ layihəsini qəbul etməkdən imtina etməyəcəklərini söyləyib. Baş nazir Ermənistan iqtisadiyyatına gözlənilən ağır zərbələrdən çıxış yollarının axtarılmasını təklif edib. Aİ-yə üzvlük layihəsi ötən ilin sonundan parlamentdə olsa da, bazar ertəsi başlayan parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə daxil edilməyib. Hakim fraksiyada həmin layihənin qəbul edilməsinin əleyhinə olan, onu təhlükəli nəticələri olacaq macəra hesab edən güclü deputat qrupu var. Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Qanun qüvvəyə minməsi üçün Ermənistan parlamentində də təsdiq olunmalıdır. Rəsmi Moskva təşəbbüsün mümkün nəticələri barədə Ermənistana xəbərdarlıq edib. “Past” məlumat yayıb ki, Ermənistanın son qərarlarından sonra Rusiya bu ölkənin müxalif dairələri ilə görüşlərə başlayıb: "Rusiyanın rəsmi dairələri bu ölkədə yaşayan erməni ictimai-siyasi xadimləri ilə diqqətçəkən görüşlər keçirirlər. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin “Mənim Ölkəm, Mənim Ermənistanım” partiyasının sədri Mqer Avetisyanla görüşüb. Avetisyan sosial mediada Pankinlə çox vacib və ətraflı müzakirə apardığını bildirib”.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Nikol Paşinyanı Ermənistanda hakimiyyətə Qərbin müəyyən dairələri, ilk növbədə SOROS gətirib. Ekspertin sözlərinə görə, çox güman ki, Paşinyan bu dəstəyə nail olmaq üçün Qərbə bəzi vədlər verib:

"Əsas vəd Rusiyadan uzaqlaşmaq idi. Düzdür, bir müddət Paşinyan Rusiya və onun rəhbərliyi altındakı qurumlarla münasibətləri qorumağa çalışdı. Ancaq 44 günlük müharibədə arzuladığı dəstəyi görmədiyi, sonrakı dönəmdə də eyni münasibətlə üzləşdiyi üçün qəti şəkildə Qərbə yönəlmək və onların dəstəyini almaq xəttini əsas götürdü. Lakin baş nazir müəyyən reallıqları nəzərə almadı. Siyasətdə təsadüfi adamların əsas xətaları, nöqsanları budur. Onlar bütöv mənzərəni yox, hansısa elementi görə bilirlər. Son nəticədə ciddi faciələrə səbəb olurlar. Ermənistan hökuməti rəsmi şəkildə Avropa İttifaqına üzvlük prosesinə start verib. Rusiya baş nazirinin müavini də açıq şəkildə deyib ki, bu, həm də Avrasiya İqtisadi İttifaqından çıxmaq prosesinin başlanğıcıdır. Aİİ-dən ən çox xeyir götürən məhz Ermənistandır. MDB iclaslarına, KTMT tədbirlərinə çox vaxt qatılmayan Ermənistan Aİİ-nin toplantılarına həvəslə qatılır, çünki iqtisadi maraqları var. Ermənistanın xarici dövriyyəsinin 40 faizdən çoxu Rusiyanın payına düşür. Bütövlükdə Avropa İttifaqı ilə ticarət dövriyyəsi ilə 6 faizdən bir qədər çoxdur. ABŞ ilə isə heç bir faiz də deyil. Deməli, Rusiya Ermənistan üçün ciddi problemlər yarada bilər və görünür, artıq bu barədə düşünməyə başlayıb".
Analitik bəyan edib ki, artıq miqrantlarla bağlı proses işə düşüb və Rusiyada yüzminlərlə erməni yaşayır, işləyir:
"Digər məsələ qaz enerjisi ilə bağlıdır. Hər il Ermənistan Rusiyadan təqribən 2.5 milyard kub metr qazı çox ucuz qiymətə alır. Düzdür, Ermənistan İrandan da qaz alır, ancaq həmin qaz sadəcə elektrik stansiyalarının işlədilməsinə sərf olunur. Bunun müqabilində Ermənistan İrana elektrik enerjisi verir. Əsas tədarükçüsü Rusiyadır. Ermənistandakı qazpaylayıcı sistem də "Qazprom"un nəzarətindədir. Dəmiryol nəqliyyatı 30 illiyinə Rusiyaya verilib. Ermənistanın iri müəssisələri də Rusiyanın mülkiyyəti sayılır. Rus hərbi bazası və sərhədçiləri də Ermənistandadır. Hərbi baza müəyyən dövrədək orada qalacaqsa, sərhədçilər müddətsiz Ermənistan ərazisindədirlər. Yəni münasibətlər həddindən artıq sıxdır və əlaqələrin korlanması ciddi iqtisadi çətinlikləri qaçılmaz edəcək. Paşinyan bunları nəzərə almadan Qərbə yaxınlaşma xətti götürdü. Güman edir ki, Qərb ona daha çox dəstək verəcək, maliyyə ayıracaq. Ən əsası isə hakimiyyətdə qalmasına kömək edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm