Səfir: Ankara və Vaşinqton S-400 problemini həll edəcəklər
Yusif Nəzərli
01:41 31.07.2025
Region
435
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, hər iki ölkə Ankaranın Rusiya hava hücumundan müdafiə sistemini əldə etməsindən sonra aralarında anlaşılmazlıq səbəbindən yaranan S-400 zenit-raket sistemi probleminin həllinə doğru irəliləyir.
"Report"un məlumatına görə, diplomat bunu "Haberturk" telekanalına müsahibəsində deyib.
"Şübhəsiz ki, biz həll yolu tapacağıq. S-400 [sistemi] 2017-ci ildə anlaşılmazlıq səbəbindən yaranan bir məsələdir. 10 il sonra biz tamamilə fərqli bir vəziyyətdəyik və problemin həllinə doğru irəliləyirik. Vaxtilə siyasi gərginliyə çevrilən F-35, F-16 [qırıcıları] və S-400 [ZRS] məsələlərinin həlli var. Xüsusilə indi, ticarət həcmini ildə 100 milyard dollara qaldırdığımız və NATO-nun Türkiyədən daha çox yardım, məsləhət və dəstək gözlədiyi bir vaxtda", - deyə o qeyd edib.
Barrakın Ankaradakı səfir vəzifəsindəki sələfi Ceff Fleyk vaxtilə bildirib ki, Türkiyənin F-35 qırıcısının yaradılması proqramına qayıtması ehtimalı azdır, lakin S-400 problemi həll edilərsə, bu təyyarələri əldə edə bilər. Türkiyə 2019-cu ildə Rusiyadan S-400 aldıqdan sonra F-35 proqramından çıxarılıb. Respublika bu qırıcılar üçün komponentlərin bir hissəsini, gövdə elementlərini və bəzi sistemləri istehsal edirdi. ABŞ bildirmişdi ki, Türkiyənin proqram iştirakçıları sırasına qayıtması yalnız S-400-dən imtina etməsi şərti ilə mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə