
Şərhçi: İranın yeni nüvə obyektləri regionda yeni böhran yaradacaq
Yusif Nəzərli
07:23 02.10.2025
Region
379
Əhməd Şahidov: “Tehran hücumlara baxmayaraq, nüvə potensialını qorumağa hazırdır"
İddialar təsadüfi deyil, İran nüvə proqramını gücləndirir
Ekspert: "Mövcud obyekt həm texniki, həm diplomatik riskləri artırır"
ABŞ və İsrailin iyun ayında İranın nüvə infrastrukturuna qarşı həyata keçirdiyi hava zərbələrindən sonra Tehranın Natanz şəhəri yaxınlığında yeni yeraltı nüvə kompleksi inşa etməsi barədə iddialar beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Xarici media orqanlarının yaydığı peyk təsvirlərinə görə, “Pickaxe Mountain” adlanan ərazidə intensiv qazıntı və möhkəmləndirmə işləri aparılır. Bildirilib ki, həmin obyekt Fordo nüvə mərkəzindən də dərin yerləşir və hava zərbələrinə qarşı daha dayanıqlı ola bilər.
Siyasi şərhçi Əhməd Şahidov Sherg.az-a açıqlamasında bu iddiaların təsadüfi olmadığını və müəyyən əsaslara söykəndiyini bildirib. Onun sözlərinə görə, İranın belə bir riskə gedərək yeni obyektlər inşa etməsi mümkündür:

“Çünki iyun zərbələrindən sonra Tehran açıq şəkildə nüvə proqramını qorumaq və gələcəkdə də davam etdirmək niyyətində olduğunu göstərir. Lakin diqqətçəkən məqam odur ki, bu obyektin konkret olaraq zənginləşdirmə üçün nəzərdə tutulub-tutulmadığı hələlik rəsmi şəkildə təsdiqlənməyib. IAEA-nın oraya çıxışının olmaması isə iddiaları daha da gücləndirir”.
Əhməd Şahidov hesab edir ki, belə obyektlərin tikintisi İranın Qərbə qarşı siyasi təzyiq aləti kimi də dəyərləndirilə bilər:
“Tehran göstərmək istəyir ki, nə qədər hücumlar olsa da, nüvə potensialını qorumağa qadirdir. Bu həm də danışıqlarda əlini gücləndirmək üçün bir vasitədir. Amma əgər həmin obyekt həqiqətən də zənginləşdirmə məqsədilə istifadə olunarsa, bu, regionda yeni böhran mərhələsinə gətirib çıxara bilər”.
Siyasi şərhçi həmçinin qeyd edib ki, mövcud vəziyyət həm texniki, həm də diplomatik baxımdan ciddi risklər yaradır. Onun sözlərinə görə, yeni obyektin dərinliyi ABŞ və İsrailin hərbi imkanlarını çətinləşdirə, şəffaflığın olmaması isə beynəlxalq hüquqi mübahisələri daha da kəskinləşdirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual