
Şərhçi: Paşinyanın “Asiya diplomatiyası” şişirdilir
06:45 08.10.2025
Region
519
Qazaxıstan-Ermənistan təması regionda “yeni siyasi kurs” kimi təqdim edilə bilməz
Azər Həsrət: “Ermənistanla Mərkəzi Asiya ölkələri arasında siyasi yenilik yoxdur - münasibətlər sovet dövründən mövcuddur”
Qazaxıstan Xarici İşlər Nazirliyində İrəvan və Astana arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.
Tədbirə Ermənistan və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri sədrlik edib.
Qeyd olunub ki, məsləhətləşmələr zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, o cümlədən regional inteqrasiya strukturları çərçivəsində Qazaxıstan-Ermənistan əməkdaşlığının cari gündəliyini müzakirə edib, qarşıdan gələn ikitərəfli tədbirlərin qrafikini razılaşdırıblar. Qazaxıstan XİN-in açıqlamasında bildirilib ki, danışıqların yekunu üzrə tərəflər Qazaxıstan-Ermənistan əməkdaşlığının daha da gücləndirilməsi üçün xarici işlər nazirlikləri arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Ermənistan son dövrlərdə Mərkəzi Asiya və türk dövlətləri ilə siyasi və diplomatik əlaqələrini bərpa etməyə yönəlmiş addımlar atır. Bəzi ekspertlər hesab edir ki, Ermənistanın Mərkəzi Asiya dövlətləri ilə diplomatik məsləhətləşmələri, Azərbaycanla sülh danışıqları fonunda regional əlaqələrini gücləndirmək və balanslaşdırmaq məqsədi daşıyır. İrəvan, bu görüşlər vasitəsilə həm sülh prosesinə dəstək verən regional tərəfdaşlarla münasibətlərini aktivləşdirir, həm də gələcəkdə Azərbaycanla münasibətlərin normallaşması zamanı öz diplomatik mövqeyini möhkəmləndirmək üçün etibarlı dialoq kanalları formalaşdırır.
Siyasi şərhçi Azər Həsrət isə Sherg.az-a açıqlamasında deyib ki, Astana və İrəvan arasında keçirilən bu görüşlər regionda tamamilə təbii diplomatik prosesin bir hissəsidir:

“Qazaxıstan Xarici İşlər Nazirliyində baş tutan məsləhətləşmələrdə tərəflərin ikitərəfli əməkdaşlıq gündəliyini, qarşılıqlı tədbirlərin qrafikini və çoxtərəfli formatlarda birgə fəaliyyət imkanlarını müzakirə etməsi də göstərir ki, burada hansısa “geosiyasi dönüş”dən deyil, mövcud münasibətlərin davamlı şəkildə tənzimlənməsindən söhbət gedir”.
Ermənistanın Mərkəzi Asiya türk dövlətləri ilə əlaqələrinin tarixi və strateji baxımdan problemli olmadığını vurğulayan siyasi şərhçi qeyd edib ki, Ermənistan uzun illərdir Qazaxıstan, Qırğızıstan və Türkmənistanla diplomatik münasibətlərə malikdir. Yəni bugünkü İrəvan–Astana məsləhətləşmələri, əslində, uzun illərdir formalaşmış əməkdaşlıq mexanizmlərinin növbəti mərhələsidir:
“Bu cür danışıqlar və sazişlər beynəlxalq diplomatiyada adi təcrübə sayılır və heç bir halda Paşinyanın Mərkəzi Asiyaya “siyasi açılımı” kimi təqdim edilə bilməz. Çünki bu dövlətlər hələ Sovet dövründən bəri bir-biri ilə institusional və iqtisadi əlaqələrə malik olub, bu gün həmin münasibətlər sadəcə müasir reallıqlara uyğunlaşdırılır. Fikrimcə, Qazaxıstan-Ermənistan siyasi məsləhətləşmələri regionun ümumi diplomatik dinamikasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Burada siyasi yenilik yoxdur, sadəcə, dövlətlərarası münasibətlərin formallaşmış, diplomatik qaydada inkişafı müşahidə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gümrüdə Rusiya hərbi bazasının iki hərbçisi həbs edilib
19:13 09.11.2026
Region
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya