“Əminəm ki, “Daşnaksütyun” növbəti parlamentdə indiki kimi təmsil olunmayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Daşnaksütyun”un istədiyi formatda iştirak etməsi öz işidir. Amma mən əminəm ki, “Ermənistan” blokunun gələcək parlamentdə indiki kimi təmsilçiliyi olmayacaq. Düşünürəm ki, bəlkə kiçik tərkibdə təmsilçilik mümkün olar, minimal keçid səviyyəsini aşa bilərlər, o da yalnız ona görə ki, Seçki Qanununa əsasən partiya və bloklar üçün keçid səviyyəsi 1 faiz azaldılıb”, - spiker bildirib.
Simonyan qeyd edib ki, “Daşnaksütyun” köhnə məntiqdə qalıb, amma artıq müharibə və qonşu ölkələrə qarşı ərazi iddialarından danışmaq mümkün deyil:
“Gəlib xalqımıza təklif verib desinlər ki, “Gəlirlər, müharibəyə girəcəklər, fərqli diplomatiya aparacaqlar, Rusiya ilə başqa münasibətlər quracaqlar”. Xalq özü qərar verəcək. Amma mən hesab edirəm ki, xalq bunu rədd edib və edəcək”.