Rusiyanın İkinci Qərbi Dairə Hərbi Məhkəməsi aparıcı Vladimir Solovyova sui-qəsddə ittiham olunan Andrey Pronskini ömürlük, digərlər altı nəfəri isə 12 ildən 28 ilədək müddətinə azadlıqdan məhrum edib.
APA xəbər verir ki, bu barədə “Mediazona” məlumat yayıb.
Nəşrin məlumatına görə, Pronski terrorçu təşkilat yaratmaqda təqsirli bilinib.
İstintaqın versiyasına əsasən, Pronski 2021-ci ildə Rusiyada terrorçu kimi tanınan “National Socialism/White Power” adlı neonasist təşkilatının hücrəsini yaradıb. Qrup üzvləri əvvəlcə avtomobillərin və hərbi komissarlıqların binalarının yandırılması ilə məşğul olublar. İstintaqın iddiasına görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra onlar Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşları ilə əlaqə qurublar.