Son səsvermə: İran ali liderini seçir

İranın Ekspertlər Məclisi yeni ali lideri seçmək üçün son səsvermə keçirir.

Axar.az xəbər verir ki, təhlükəsizlik səbəbi ilə səsvermə məsafədən keçirilir. Mənbələr son mərhələlərin başladığını və yeni liderin tezliklə elan edilə biləcəyini bildirir.

Qeyd edək ki, İsrail və ABŞ İrana qarşı 28 fevralda hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei və onlarla yüksək səviyyəli məmur və general ölüb.