Tehranda ibtidai məktəblər ikigünlük bağlandı

Tehranda (İran) ibtidai məktəblər ikigünlük bağlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Məlumata görə, qərara səbəb Tehran əyalətində havanın normadan artıq çirkli olmasıdır.

Qərara əsasən, çərşənbə axşamı və çərşənbə günləri ibtidai məktəblər fəaliyyət göstərməyəcək.